Azərbaycan-2021: Birinci sərbəst yürüşlər

İlk məşqlərdə trasın vəziyyəti ideal olmayıb - maşınların sürüşməsi halları çox baş verib və asfalt bir qədər tozla örtülü olub.

F-1.az bildirir ki, aydın səma altında asfaltın istiliyi 50 dərəcəyə qədər yüksəlib. Komandalar optimal sazlanmaları tapmağa və təkərlərin səmərəliliyini yoxlamağa yönəliblər.

12-ci dəqiqədə trasdakı zibilləri yığışdırmaq üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Tsunoda 28-ci dəqiqədə əyləcləri bloklayaraq təhlükəsizlik cibinə girib, yarış mühəndisinin məsləhəti ilə orada bir müddət gözləyib. Həmilton, Qasli, Şumaxer, Norris və Bottas da eyni səhvə yol versələr də, dərhal yollarına davam edə biliblər.

Lando 16-cı döngədən çıxarkən yerində fırlanıb, lakin ciddi insident baş verməyib. Eyni yerdə Mazepin də səhvə yol verərək divarla təmas yaşayıb və boksa qayıdıb.

Protokollara Maks Ferstappen başçılıq edib – 1:43.184. Məşqlər axşam davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:43.184 19
2 16 Şarl Lekler Ferrari 1:43.227 + 0:00.043 20
3 55 Karlos Sayns Ferrari 1:43.521 + 0:00.337 20
4 11 Serxio Peres Red Bull 1:43.630 + 0:00.446 17
5 3 Daniel Rikkardo McLaren 1:43.732 + 0:00.548 25
6 10 Pyer Qasli AlphaTauri 1:43.757 + 0:00.573 23
7 44 Lyuis Həmilton Mercedes AMG 1:43.893 + 0:00.709 20
8 4 Lando Norris McLaren 1:43.996 + 0:00.812 20
9 14 Fernando Alonso Alpine 1:44.777 + 0:01.593 25
10 77 Valtteri Bottas Mercedes AMG 1:44.891 + 0:01.707 20
11 7 Kimi Rəykkönen Alfa Romeo 1:44.943 + 0:01.759 18
12 99 Antonio Covinatsi Alfa Romeo 1:45.092 + 0:01.908 20
13 18 Ləns Stroll Aston Martin 1:45.234 + 0:02.050 23
14 22 Yuki Tsunoda AlphaTauri 1:45.384 + 0:02.200 25
15 5 Sebastyan Fettel Aston Martin 1:45.415 + 0:02.231 24
16 31 Esteban Okon Alpine 1:45.446 + 0:02.262 23
17 63 Corc Rassell Williams 1:45.452 + 0:02.268 24
18 6 Nikola Latifi Williams 1:45.774 + 0:02.590 22
19 47 Mik Şumaxer Haas 1:46.899 + 0:03.715 20
20 9 Nikita Mazepin Haas 1:46.945 + 0:03.761 18
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*