C.Herbert: Ferstappenlə Norris mübarizə apara bilər

Sabiq Formula1 sürücüsü Conni Herbert bildirib ki, hazırda Ferstappenlə 3 sürücü rəqabət edə bilər.

F-1.az xatırladır ki, niderlandlı sürücü keçən il 15 yarış qazanmış və nəyə qadir olduğunu göstərmişdi. İkiqat Dünya Çempionu bu il də əla performans göstərir.

Ferstappen bu il bütün yarışlarda podiuma yüksəlib və 12 yarışdan sonra Pereslə arasındakı fərq 125 xaldır.

Conni Herbert düşünür ki, eyni maşında Ferstappenlə 3 sürücü mübarizə apara bilər. Bunlardan biri də Lando Norrisdir: “Ferstappenlə komanda yoldaşı arasında yaxşı mübarizə izləmək istəyirsinizsə, Rassell, Həmilton, Lekler ya da Norrisə ehtiyacınız var.

Landonun McLaren ilə çoxillik müqaviləsi var və müqaviləsində McLaren-dən ayrılmasını təmin edən maddə olub-olmadığını bilmirəm. Onun üçün Red Bull əla komanda olardı. Orada komandaya müsbət enerji verəcəyi dəqiqdir. Bu işi görə biləcək potensialının olduğunu düşünürəm.

Bir komandada həmişə bir seçilən sürücü olacaq, çünki onun daha stabil və daha yaxşı olduğunu bilirsiniz. Serxio mövsümün əvvəlində Maks ilə mübarizə aparmağa çalışsa da, bir nöqtədən sonra bunu bacarmadı. Şumaxer, Senna, Mansell kimi sürücülər boliddən daha çoz maksimumu çıxara bilirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*