İki keçmiş sürücü Sky Sports-u tərk edib

Keçmiş sürücülər, Formula1 eksperti kimi çalışan Conni Herbert və Pol di Resta 2023-cü ildə Sky Sports-da işləməyəcəklər.

F-1.az bildirir ki, bu barədə telekanalın sözçüsü məlumat verib: “Conni 2012-ci ildən bəri F1 komandamızın ayrılmaz bir hissəsidir. Biz onun yumoru və şəxsiyyəti üçün darıxacağıq və ona son 11 ildə göstərdiyi enerji və həvəsə görə təşəkkür etmək istəyirik. Biz Conniyə gələcək üçün ən yaxşısını arzulayırıq”.

Herbertlə yanaşı di Resta da telekanalı tərk edib və onlara əvəzləyici axtarılmayacaq.

Qeyd edək ki, Sky Sports 2029-cu ilin sonuna qədər Böyük Britaniya və İrlandiyada Formula1-in yayımı üçün eksklüziv hüquqlara malikdir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*