Herbert: Antonelli Formula1 üçün yeni nəfəsdir

Keçmiş Formula1 sürücüsü Conni Herbert stüardlar heyətindən kənarlaşdırıldıqdan sonra paddokda görünmür, amma trasda baş verənləri şərh edərək məmnuniyyətlə müsahibələr verir. Əgər bir il əvvəl britaniyalı gənc Kimi Antonellinin perspektivlərini təvazökar dəyərləndirirdisə, indi fikrini dəyişib…

Conni Herbert: “Düşünürəm ki, Antonellini gənc Ayrton Senna, karyerasının əvvəlindəki Lyuis Həmilton və Red Bull-la Barselonada ilk yarışını qazandığı vaxtkı Maks Ferstappenlə bir sıraya qoymaq olar. Keçən il ona sabitlik çatmırdı, amma bu mövsüm o, çox ciddi şəkildə inkişaf edib.

Hazırda onun sabitliyi və hətta güc qurğusunun dəyişdirilməsinə görə cəza kimi çətin vəziyyətlərdə belə optimal nəticə göstərmək bacarığı böyük psixoloji dayanıqlıqdan xəbər verir.

Bu qədər gənc yaşda olmasına baxmayaraq, onda xüsusi bir şey var. Bütün nailiyyətlərinə rəğmən, o, qətiyyən təkəbbürlü deyil. Kiminin belə formada ortaya çıxması Formula1 üçün yeni nəfəs kimidir”.

,