Ştayner hesab edir ki, Antonelli Ferrari-yə keçəcək

Kimi Antonelli 1953-cü ildən bəri Formula 1-də çempionluq titulunu qazanan ilk italiyalı sürücü olub. İtaliyada çoxu istəyərdi ki, Kimi buna Mercedes-in yox, Ferrari-nin sükanı arxasında nail olsun, amma hələ yayda çempion komandanınnrəhbəri Toto Volff demişdi ki, əgər Skuderiyaya Antonelli bu qədər lazımdırsa, komanda bu məsələ ilə bir neçə il əvvəl məşğul olmalı idi.

Öz növbəsində, Haas-ın keçmiş rəhbəri Günter Ştayner də şübhə etmir ki, Kimi bir gün qırmızı yarış kombinezonunu geyinəcək.

Günter Ştayner: “Bəziləri soruşur ki, niyə Kimi bizim heyətdə çıxış etmir. Bu hekayədə İtaliya üçün bir qədər kölgə salan yeganə məqam odur ki, dünya çempionu italiyalıdır, amma Ferrari sürücüsü deyil.

Düşünürəm ki, bu, bir gün baş verəcək. Özünüz fikirləşin – onun cəmi 20 yaşı var və hələ çox gəncdir. Mənim fikrimcə, gec-tez o, Ferrari-də çıxış edəcək.

Bu, yaxın vaxtlarda baş verəcək? Xeyr, ola bilsin, bu hadisəyə qədər hələ on il keçəcək. Amma onun italiyalı olduğunu və belə istedada sahib olduğunu nəzərə alsaq, gec-tez Skuderiyada yer alacaq.

Mən vəziyyətə başqa cür baxardım – bir gün onu əldə edəcək tərəf Ferrari olacaq, halbuki istəsə, o, elə sabah ora keçə bilər”.

,