Məsələ ondadır ki, Haas Kamaranın iştirakını yalnız İnterlaqos mərhələsi üçün təsdiqləyib. Ev yarışından sonra Rafael qarşıdakı mərhələlərdə mümkün iştirakı ilə bağlı komanda ilə danışıqlar aparacağını deyib.
Rafael Kamara: “Mövsümün qalan yarışları ilə bağlı perspektivlərimin nə olduğunu bilmirəm. Baxarıq. San Paulu-dəki həftəsonundan sonra komanda ilə müzakirə etməli olduğumuz çox məsələ var. Amma hansı qərara gəlsək də, mən buna sevinəcəyəm.
Mən sevdiyim işlə məşğulam – yarış maşınını idarə edirəm. Ona görə də hər iki variant məni qane edəcək – mövsümü Formula 1-də başa vurmaq da, Formula 2-yə qayıtmaq da”.





