GPBlog nəşri öz mənbələrinə istinadən xəbər verib ki, Haas guya fransalı sürücü ilə 2027-ci ildə əməkdaşlığı davam etdirməmək barədə yekun qərar qəbul edib və artıq əvəzləyici üçün üç namizədi nəzərdən keçirir. Söhbət Leonardo Fornaroli, Rio Hirakava və Rafael Kamara barədə gedir.
Bu üçlük arasında müqavilə şansı ən yüksək olan Kamaradır. Mənbələrin bildirdiyinə görə, onun gələn il Okonu əvəzləməsi ehtimalı 90 faiz təşkil edir. Braziliyalının lehinə təkcə Amerika komandasının bolidlərində istifadə olunan Ferrari-nin dəstəyi deyil, həm də Haas-da böyük ümid bəslənilən braziliyalı sponsorların vəsaiti danışır.
Hazırda Haas-ın Rafaellə müqaviləni hansı vaxt çərçivəsində bağlayacağı və bununla bağlı müvafiq açıqlamanı nə zaman verəcəyi dəqiq məlum deyil. Münasib və məntiqli variant kimi 6-8 noyabra planlaşdırılan San Pauludakı yarış həftəsonu görünür.





