Okon və Qasli bərabər statusda yarışacaqlar

Alpine-nin rəhbəri Loren Rossi bildirib ki, Pyer Qasli ilə Esteban Okon bərabər şəraitdə yarışacaq.

F-1.az xatırladır ki, Pyer Qasli gələn ildən etibarən Alpine komandasında Okon ilə yarışacaq. Lakin iki sürücünün arası son illərdə yaxşı deyil. Buna görə də komandaiçi mübarizə gərgin ola bilər.

Loren Rossi: “Komandada bir və ya iki nömrə olmayacaq. Fernando Alonso ilə Esteban Okon arasında da belə seçim yox idi. Onlar bizim üçün bərabər statusdadırlar. Hər ikisi də Alpine-də yarışdıqları üçün sevinclidirlər. Ümid edirəm ki, böyüyüblər və böyük uğurlar qazanamaq istəyirlər. 15 yaşınız olanda çox şeyi keçmək olar, amma 26 yaşında ciddiləşmək lazımdır.

Əgər bir sürücü 26 yaşına qədər titul qazana bilməyibsə, özünü sorğulamalıdır. Hər ikisi də özlərini göstərməlidir. Pyer bizim şərtlərimizə uyğun sürücüdür. Həm də fransızdır. Yenə də bizim üçün ən vacib məsələ onların sürətidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*