E.Okon: Bakıdan sonra vəziyyəti düzəltməliyik

Alpine komandasının sürücüsü Esteban Okon bildirib ki, yenidən xal qazanmağa ümid edir.

F-1.az xatırlaıdr ki, fransalı sürücü bu il 4 yarışdan üçündə xal qazana bilməyib. Bakıda isə Alpine komandası yox kimi idi. Onlar həm sprintdə, həm də əsas yarışda heç nə ilə yadda qalmadılar.

Esteban Okon: “Bakıdakı həftəsonu çətin keçdi, amma Mayamidə mübarizəyə geri qayıtmaq istəyirik. Brifinqdə keçən yarışı müzakirə etdik və bu təcrübədən istifadə edərək, yolumuza davam edəcəyik. Əksər şeylər qaydasında getmədi və əsəbpozucu idi.

Artıq belə həftəsonlarını yola verə bilmərik. Bakıdan sonra vəziyyəti düzəltmək üçün bir neçə günümüz olacaq. Son dövrlərdə aldığımız nəticələr gözləntiləri qarşılamır, amma Avstraliyadakı yarışda bolidin tempini görmüşdük. Orada yeniliklər də yaxşı işləmişdi, amma sazlanma da tapmalıyıq.

Daha yaxşı nəticələr qazanmalı olduğumuzu bilirik və hamımız bunun üzərində işləyirik. Mayamidə kokpitə geri qayıtmağı və həftəsonun yeni enerji ilə başlamağı səbirsizliklə gözləyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*