Rəsmən: Piastri Alpine-ə transfer olunub

Alpine komandası gələn il Oskar Piastri ilə yarışacaq.

F-1.az xatırladır ki, Fernando Alonso heç kimin gözlədiyi halda Aston Martin komandasına gedib. Bundan sonra əksəriyyət gözləyirdi ki, ikiqat Dünya Çempionunu gənc və istedadlı Piastri əvəz etsin.

Düzdür, son günlərdə avstraliyalı pilotun McLaren-lə müqavilə imzaladığı ilə bağlı söz-söhbətlər var idi. Lakin Alpine komandası öz yetirməsi olan Oskarı sıralarına qatıb. Beləliklə, Fransa komandası gələn il Piastri-Okon cütü ilə yarışacaq.

İşin maraqlı tərəfi odur ki, nə komanda nə də Piastri bu barədə açıqlama verib.

Qeyd edək ki, Oskar Piastri keçən il Formula2 üzrə Dünya Çempionu olub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*