E.Okon: Barselonada bəxtim gətirir

Renault komandasının sürücüsü Esteban Okon İspaniya yarışını səbirsizliklə gözləyir.

F-1.az xatırladır ki, fransalı sürücü son iki yarışdan xal alıb və hazırda 16 xalı var. Ümumilikdə isə 24 yaşlı pilot karyerasındakı ən yaxşı nəticəsini 2017-ci ildə Barselonada beşinci olaraq alıb.

Esteban Okon: “Ən yaxşı nəticəmi 2017-ci ildə Barselonada almışam. Beşinci olmuşdum. Orada həmişə bəxtim gətirir. Buna görə də Barselonaya kefli gedirəm və oranı çox sevirəm. Yarışı səbirsizliklə gözləyirəm.

Silverstoundakı ardıcıl yarışlardan sonra xoşbəxtəm. Əlimizdən gələni etdik və xallar aldıq. Komanda əla strategiya seçdi. Pit-stoplarda səhv olmadı və hər şey qaydasında idi. Damalı bayrağa çatmaq üçün diqqətlə sürməli idim və bunu etdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*