Mercedes Rassellə ikinci yeri qazanmaqda kömək etməyə hazırdır

Çempionluq titulu və Mühəndislər Kuboku vaxtından əvvəl qazanılıb. Mercedes komandasının rəhbəri Toto Volffdan soruşublar ki, qalan yarışlarda Corcun mövsümü şəxsi hesabda ikinci yerdə başa vurması üçün Kimi Antonellidən Rassellə kömək etməsini xahiş edəcəkmi?

Toto Volff: “Mən hələ pilotlar çempionatı barədə düşünməmişəm, amma əlbəttə, biz çox istəyirik ki, o, qalan yarışlarda maksimum xal toplasın və şəxsi hesabda ikinci yeri tutsun. Fikirləşmək lazımdır ki, buna necə kömək edə bilərik, amma tam mümkündür ki, bütün gücümüzü səfərbər edək.

Mühəndislər Kubokunda qələbəni biz Corca da borclu olmuşuq. Bu, komandanın qələbəsidir və o da bu komandanın bir hissəsidir. Çox sevinirəm ki, o, bu anın həzzini çıxara bilir, çünki bu, onun da uğurudur.

Bu il Corc üçün bəzən işlər asan getməyib. İnterlaqosda sıralanma turuda bunun yaxşı nümunəsi olub. O, dominantlıq edib və poulu rahatlıqla qazanmalı idi, amma ona cəhdi dayandırmağı deyiblər və bu qərar səhv olub.

Qarşıda üç yarış var və biz orada sonadək mübarizə aparacağıq, o isə özünü bərpa edəcək. Buna zərrə qədər də şübhə etmirəm. Corc bütün ən yaxşı idmançılar kimi çətin dövrlərdən keçməyi bacarır – bu, onu yalnız daha da güclü edəcək”.

,