Corc Rassell: Uik-endə əla başladıq

Corc Rassell Zandfortda keçirilən sprintdə finiş xəttini hamıdan əvvəl keçərək mövsümdə sprint yarışlarında üçüncü qələbəsini qazanıb. Mercedes sürücüsü yarış həftəsonuna belə başlanğıcdan razı qaldığını bildirib, lakin əlavə edib ki, sıralanma turunda rəqiblərlə gərgin mübarizə gözlənilir.

Corc Rassell: “Həftəsonuna əla başladıq! Mən, Şarl və Lando indi bunu müzakirə edirdik ki, sprint daha bir dövrə uzun çəksəydi, nəticə tam fərqli ola bilərdi. Ona görə də yağışın finişdən dərhal sonra başlamasına şadam.

Dediyim kimi, həftəsonunun başlanğıcı yaxşı alındı, amma Ferrari həqiqətən çox sürətli görünürlər, buna görə də sıralanma turunda bizi gərgin mübarizə gözləyir.

Sprint ərzində başa düşürdüm ki, ötmələr olacaqsa, bu, finişə yaxın baş verəcək. Buna görə də son dövrələr üçün təkərləri qorumaq məqsədilə sürətli döngələrdə onlara qənaət etməyə çalışırdım. Bundan başqa, bilirdim ki, əgər Şarl Landonu ötsə, çox sürətli gedəcək. Şarl həqiqətən də arxama düşən kimi, mən bir az sürəti artırdım və ikimiz birlikdə qalanlardan uzaqlaşdıq.

Sıralanma turu ərəfəsində sazlamalara kiçik düzəlişlər edəcəyik, amma qlobal heç nəyi dəyişməyəcəyik. Görək, bu, nə verəcək”.