C.Rassell: İstədiyimiz yerdə deyilik

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, istədikləri yerdə deyillər.

F-1.az xatırladır ki, britaniyalı sürücü cümə sərbəst yürüşlərində 7-ci olub.

Corc Rassell: “Bu trasda sürmək həmişə gözəl olsa da, performansımız çox zəifdir. Temp cəhətdən öndəki iki komandaya çox uduzuruq. Bundan başqa iki güclü sürücü var – Fernando və Sebastyan. Çox işləməliyik.

Tras hələ də qabaqlıdır. Bolidlər sərtdir. Bakıdakı problem dalğalanma, yerə toxunma və asılqan sərtliyinin birləşimi idi. Burada Monakodakı kimi sərtliyi hiss edir və həll etməyə çalışırıq. Porebriklərin üstündən əvvəlki kimi keçə bilmirdim. Bolidi yumşaltmalıyıq, amma bunu etməyimizə icazə verməyən bir şey var.

Bu, 18 düyməlik təkərlərə və maşınlara görədir. Bolidi təkmilləşdirməliyik. İkinci sərbəst yürüşlərdə Lyuis və mənim üçün fərqli sazlanmalar seçdik. İkisi arasında ortaq məxrəc tapacağıq. Orta qrupun önündə olmalıyıq. Geridə qalsaq, çətin olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*