Sayns startda on yer itirəcək

Williams-ın sürücüsü Karlos Saynsın maşınında Las Veqas Qran Prisində turbinin dəyişdirilməsinə görə startda on yer itirəcək.

Karlos üçün bu, mövsümdə icazə verilən dörd turbindən beşincisi olub və stüardlar belə hallarda tətbiq olunan standart cəzadan istifadə ediblər.

Karlosun komanda yoldaşı Aleks Əlbon da yeni turbın alıb, amma onun üçün bu, yalnız dördüncü olub və cəza verilməyəcək.

Yeni turbin bu həftəsonu zavod komandası və onun müştərilərinin, o cümlədən Williams-ın aldığı yenilənmiş Mercedes güc qurğusunun bir hissəsi olub.

, ,