K.Sayns həftəsonundan razı qalıb

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Meksikadan xoşbəxt ayrılır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışı başladığı kimi – 6-cı yerdə bitirib. Yarışın sonlarında Leklerə çatan Sayns komanda əmri ilə onu keçərək, Qasliyə hücum etməyə çalışdı, amma bacarmadı. Buna görə də yerini Leklerə qaytarmalı oldu.

Karlos Sayns: “Startda bəxtim gətirmədi. Önümdə iki sürücü bir-birinə təmas elədi və onlardan qaçmalı oldum. Tras xaricinə çıxdım və yerimi itirdim. Lakin yarışda belə hallar olur. Bəzən bəxtimiz gətirmir. Lakin restartdan sonra Covinatsini keçmək çox vacib idi. Daha sonra yüksək templə getdim.

Həftəsonu ərzində sürətli idim. Yarışda da rahat sürdüm. Qasli ilə də fərqi bağladım, amma çox sürətli olduğu üçün ötmə edə bilmədim.

Əsas məqsədimiz McLaren-i qabaqlamaq idi. Rikkardonun ilk döngədə bizi keçəcəyini bilirdik və belə də oldu. İki Ferrari-nin önünə keçmək istədi və bolidini zədələdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*