Mexikoda ilk məşqdə on əvəzləmə

Mexiko Qran Prisinin ilk sərbəst yürüşlər sessiyasında dərhal on komandada əsas pilotlar ehtiyat sürücülərlə əvəz olunub. Yalnız Ferrari-də səhər məşqində əsas sürücülərin iştirakı planlaşdırılıb.

Aston Martin-də Jək Krouford Ləns Strollun maşınının sükanı arxasına keçəcək, Haas-da Rio Hirakava altmış dəqiqəlik sessiyada Esteban Okonu əvəz edəcək.

Frederik Vesti Corc Rassellin Mercedes-inin sükanı arxasına keçəcək, Ayumu İvasa Red Bull Racing-də Maks Ferstappeni, Kolton Herta Cadillac-da Valtteri Bottası, Lyuk Brauninq isə Williams-da Aleks Əlbonu əvəz edəcəklər.

Dörd sürücü yarış həftəsonunun rəsmi sessiyası çərçivəsində Formula1 bolidinin sükanı arxasında debüt edəcək. McLaren-də Leonardo Fornaroli Lando Norrisi əvəz edəcək, Qabriele Mini Franko Kolapintonun Alpine-inin sükanı arxasına keçəcək, Audi-də Qabriel Bortoletonun əvəzinə məşq sessiyasını Freddi Sleyter keçirəcək, Racing Bulls-da isə Nikola Tsolov Liam Lousonu əvəz edəcək.

, , , , , , , , , ,