Portuqaliya-2020: Birinci sərbəst yürüşlər

Keçən həftə komandalar Nürburqrinqə əksəriyyəti gələn il üçün nəzərdə tutulan yenilikləri gətirmişdi, lakin hava şəraiti onları yoxlamağa imkan verməmişdi. Buna görə də yeniliklərin sınağı burada təqvimdəki yeni trasla tanışlıqla eyni vaxta düşüb.

F-1.az bildirir ki, sessiyanın əvvəlində Ferstappen yerində fırlanıb və boksa qayıdıb. Ön asqılar dəyişdirildiyindən, Maks uzun müddət trasa qayıda bilməyib. Sessiya boyunca 65 dövrəvi nəticə birinci və dördüncü döngədə trasdan tamamilə çıxmaya görə ləğv edilib.

Sona 20 dəqiqə qalmış Qaslinin maşınında problem olub, ona boksa gəlməsi tapşırlıb. Lakin fransız sürücü yoluna davam edib. Okonun maşınında yağ sızıntısı olub və tüstülənib.

Sürücülər sessiya boyuncca yalnız Medium və Hard təkərlərdən istifadə ediblər. Valtteri Bottas 1:18.410-luq nəticə ilə protokollara başçılıq edib. Ən çox məsafəni isə Karlos Sayns qət edib – 42 dövrə.

Məşqlər nahardan sonra davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:18.410 35
2 44 Lyuis Həmilton Mercedes AMG 1:18.749 + 0:00.339 34
3 33 Maks Ferstappen Red Bull 1:19.191 + 0:00.781 31
4 16 Şarl Lekler Ferrari 1:19.309 + 0:00.899 33
5 23 Aleksander Elbon Red Bull 1:19.365 + 0:00.955 33
6 55 Karlos Sayns McLaren 1:19.441 + 0:01.031 42
7 11 Serxio Peres Racing Point 1:19.907 + 0:01.497 30
8 7 Kimi Rəykkönen Alfa Romeo 1:19.954 + 0:01.544 34
9 3 Daniel Rikkardo Renault 1:20.058 + 0:01.648 27
10 10 Pyer Qasli AlphaTauri 1:20.124 + 0:01.714 28
11 5 Sebastyan Fettel Ferrari 1:20.200 + 0:01.790 37
12 4 Lando Norris McLaren 1:20.207 + 0:01.797 28
13 26 Daniil Kvyat AlphaTauri 1:20.278 + 0:01.868 31
14 20 Kevin Maqnussen Haas 1:20.846 + 0:02.436 28
15 18 Ləns Stroll Racing Point 1:20.954 + 0:02.544 32
16 99 Antonio Covinatsi Alfa Romeo 1:21.009 + 0:02.599 34
17 8 Roman Qrojan Haas 1:21.169 + 0:02.759 30
18 63 Corc Rassell Williams 1:21.374 + 0:02.964 30
19 31 Esteban Okon Renault 1:21.673 + 0:03.263 31
20 6 Nikolas Latifi Williams 1:22.054 + 0:03.644 34
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*