Ötən illə müqayisədə trasın konfiqurasiyası dəyişməyib, lakin 7-ci döngədən dövrənin sonuna qədər olan hissənin böyük bölümünə yeni asfalt döşənib. Birinci sektorda isə örtük əvvəlki kimi qalıb.

Mexikodakı trasda bir ötmə zonası var. Əgər sürücü 15-ci döngənin apeksində rəqibin maşınından bir saniyədən az geridə olarsa, 17-ci döngənin apeksində ötmə rejimini aktivləşdirərək əlavə elektrik enerjisi əldə edə biləcək.
SM zonaları iki hissəyə bölünüb – aktiv aerodinamikanın trasla normal ilişmə şəraitində istifadə olunduğu hissələrdə (arxa və ön qanadın açılmasına icazə verilir) və ilişmənin azaldığı şəraitdə (yaş trasda, yalnız ön qanadın açılmasına icazə verilir).
Normal ilişmə şəraitində aktiv aerodinamikadan 17-ci döngədən 70 metr, 3-cü döngədən 150 metr və 11-ci döngədən 70 metr sonra başlayan hissələrdə istifadə etmək mümkün olacaq.
Azaldılmış ilişmə şəraitində aktiv aerodinamikadan 17-ci döngədən 150 metr, 3-cü döngədən 230 metr və 11-ci döngədən 150 metr sonra başlayan hissələrdə istifadə etmək mümkün olacaq.





