S.Peres: Rasselli keçmək vacib idi

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Lyuis Həmiltonu keçə bilmədiyi üçün məyusdur.

F-1.az xatırladır ki, meksikalı sürücü yarışa dördüncü yerdə başlasa da, startda Rasseli keçib və finişə üçüncü yerdə çatıb.

Serxio Peres: “Bu gün əlimdən gələni etdim və limitlərdə sürdüm. Heyif ki, erkən pit-stopa baxmayaraq, Həmiltonu keçə bilmədim. Burada ötmə çətindir. Arxasına qdərə gəldim, amma izləmək çətin idi. Üçüncü yerə razı oldum.

Ötmənin belə çətin olduğu yerdə startda Rassseli keçmək vacib idi. Düşünürdüm ki, yaxın mübarizə olar, amma üçüncülük əla nəticədir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*