26 Mart 2019, Çərşənbə axşamı - 06:19

Santander şayiələri təkzib edir

Santander şayiələri təkzib edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:43 - 19 Dekabr, 2012

Müasir Formula1-in ən vacib ünsürlərindən biri də sponsorlardır. Onların pulları komandalara daha geniş imkanlar verir, əvəzində isə onlar siyasi məsələlərin […]

Müasir Formula1-in ən vacib ünsürlərindən biri də sponsorlardır. Onların pulları komandalara daha geniş imkanlar verir, əvəzində isə onlar siyasi məsələlərin həllində ciddi təsir göstərə bilərlər.

İspaniyanın Santander bankı iki güclü komandaya – Ferrari və McLaren-ə sponsorluq edir, hər iki komandada bankın marketinq proqramı üçün həlldici olan ölkələrin sürücüləri çıxış edirlər – İspaniya, Braziliya, Britaniya və Meksika, bu təsadüfdür? Şayiələr gəzirdi ki, hər iki komanda sürücü seçimində Santander-in rəyi ilə hesablaşmalı olub, amma bankın nümayəndələri hər hansı bir təsiri təkzib ediblər…

Pablo de Villota, Formula1 komandalarının sponsorluğu proqramının başçısı: “Biz McLaren-ə 2005-ci ildə gəlmişdik, yəni hələ bilmirdik ki, Fernando Alonso orda çıxış edəcək. Sadəcə həmin vaxt komanda bizim maraqlara tam cavab verirdi. Ferrari ilə də vəziyyət oxşar alındı – biz danışıqlara iki il əvvəl başlamışdıq.

McLaren-in Pereslə müqaviləsi bizə çox uyğun gəlir, amma bizim maraqlarımızın üst-üstə düşməsi sadəcə bir təsadüfdür, qərarı komanda qəbul edib – bu məsələdə McLaren tam müstəqildir.

Həmiltonun getməsi? Biz sürücüyə yox, komandaya sponsorluq edirik, yəqin diqqətimiz McLaren-dədir, onun texnologiyasında və işə yanaşmasında. Sürücü səfir rolunu oynayır, ona görə də biz hərəkətlərimiz konkret bir sürücüyə bağlamırıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 259
Teqlər , , , , , ,
Paylaş

logo