Vassyör: Böyük hündürlük daha bir amil olacaq

Ferrari komandası Ostində əldə etdiyi uğuru Mexikoda da inkişaf etdirməyə ümid edir…

Frederik Vassyör: “Son yarışlar göstərdi ki, biz düzgün istiqamətdə irəliləyirik, eyni diqqət və qətiyyətlə işləməyə davam etməliyik.

Meksikada bizi Ostinlə müqayisədə tam fərqli sınaq gözləyir. Dəniz səviyyəsindən böyük hündürlük həftəsonu boyunca bolidin sazlanmasında nəzərə alınmalı olan daha bir dəyişən əlavə edib. Belə sıx rəqabət şəraitində bu cür şərtlərdə düzgün addımlar həlledici rol oynaya bilər.

Məqsədimiz son yarışlardakı müsbət dinamikanı bu həftəsonuna daşımaq, vahid komanda kimi mübarizə aparmaq və növbəti yüksək nəticə uğrunda savaşmaq üçün özümüzə şərait yaratmaqdır”.