F.Vassyör: Avstriyadakı performansımızdan razıyıq

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Avstriyadakı performanslarından razıdır.

F-1.az xatırladır ki, “qırmızılar” Avstriya yarışında yaxşı performans sərgiləyib. Lekler ikinci yeri tutub. Karlos Sayns isə 15 saniyə cəza aldığı yarışda 6-cı olub. İspaniyalı sürücü əgər bu cəzanı almasa, podiuma yüksələcəkdi.

Komandanın bu performansı yeniliklərin yaxşı işlədiyini göstərir. Lakin italyanlar yenə də Red Bull-dan geri qalırlar.

Frederik Vassyör: “Komanda körpüsündə olmaq elə də asan deyil, amma nəticə yaxşı idi. Doğru yöndə getdiyimizi düşünürəm. Cümə günü gücıü sıralanma turu keçirdik. Kanadadakı son yarış da yaxşı keçmişdi. Bazar günü tamamilə fərqli trasda və tamamilə ilə fərqli asfaltda tempimizi təsdiqlədik.

Bazar günü yenə gördük ki, Maksla mübarizə aparmaq istəyiriksə, bir az da inkişaf etməliyik. Hazırda bunu bacarmaq üçün əlimizdən gələni edirik”.

Yarışın sonlarında Karlos Sayns rəqibi Peresə qarşı sərt müdafiə olunmuş və Şarl Leklerin fərqi açmasına kömək etmişdi.

Frederik Vassyör: “Məncə, Peresə qarşı güvəndə idik. Böyük problem yox idi, amma Karlos yarışın o hissəsində çox yaxşı iş gördü.

Startda komanda və sürücülər olaraq, 4-cü və 5-ci yerlə fərqi açmağa çalışırdıq. Buna görə də bir-birlərinə hücum etməmələrini istədik. Əlbəttə, geridə olanda DRS hesabına çox sürətli olursunuz. Buna görə də yer dəyişdirmək istəmədik. Strategiya belə idi. Sürücülər də bu strategiyanı yaxşı tətbiq etdilər”.

Növbədə Silverstoun yarışı var və Ferrari-nin burada necə olacağı hamıya maraqlıdır.

Frederik Vassyör: “Ferrari və Mercedes-ə qarşı özümüzü güvəndə hiss edirik? Bu, doğru söz deyil.

Əminəm ki, növbəti yarışlara yeniliklər gətirərək, inkişaf edəcəklər. Biz də eynisini edəcəyik. Məncə, mövsümün sonuna qədər mübarizə davam edəcək.

Mübarizə çox yaxındır. Yarışda aramızdakı fərq hər dövrədə 0.2-0.3 saniyə idi. Bu tempi qorumalıyıq, çünki yarışda yaxşıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*