K.Rəykkönen: “Qələbəyə hələ də acam”

Formula1-də 16-cı mövsümünə hazırlaşan Kimi Rəykkönen bildirib ki, qələbəyə acdır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü ən son qələbəsini 2013-cü ilin Avstraliya yarışında qazanıb.

Kimi Rəykkönen: “Qələbəyə aclığım olmasaydı, burada olmazdım. Yarışlardan həzz alıram. Bu, tək səbəbdir və bunu deməkdən utanmıram. Formula1-də yarışmaq istəyirəm. Var qüvvəmi qoymaq istəyirəm.

2017-ci ilə bir az yavaş başladıq. Yaxşı xatirələrimiz olsa da, istədiyimiz kimi deyildi. İlk yarışda hər şeyi doğru etməlisiniz. İşləri mükəmməl görməsəniz, çox xal itirərsiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*