Sauber komandasına yeni rəhbər təyin olunub

Renault komandasının sabiq rəhbəti Frederik Vassyör Sauber-in yeni rəhbəri təyin edilib - fransız mütəxəssis keçən ay istefa vermiş Monişa Kaltenbornun yerini tutacaq.

F-1.az xatırladır ki, Vassyör bu ilin əvvəlində Renault komandasındakı postundan ayrılmışdı.

Paskal Piççi, Sauber Holding AG direktorlar şurasının sədri: “Uzun və uğurlu karyerası Vassyör haqqında hər şeyi deyir. Onu Sauber-də salamladığımız üçün şadıq”.

Frederik Vassyör: “Mən Sauber Motorsport AG-a qoşulduğum üçün məğrurluq hissi keçirirəm və rəhbərliyə göstərdiyi etimada görə minnətdaram. Hinvildəki bazanın imkanlarından və istedadlı, iddialı heyətdən təsirləndim. Ümid edirəm ki, təcrübəm komandanı düzgün istiqamətdə aparmağa kömək edəcək. Mən, həmçinin əminəm ki, biz birlikdə çox yaxşı nəticələr əldə edəcəyik. Sürücülərlə və bütün komanda ilə işləməyə başlamaq üçün səbirsizlənirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*