İnsidentin hallarını araşdırdıqdan və sürücüləri dinlədikdən sonra stüardlar belə qərara gəliblər ki, Racing Bulls sürücüsü öz mövqeyini qoruyarkən McLaren-dən rəqibini kənara sıxışdırmayıb və ona kifayət qədər yer saxlayıb. Stüardlar belə nəticəyə gəliblər ki, Piastri bir qədər də sola çəkilsəydi, hətta bunun üçün ikinci döngədə trasdan kənara çıxmalı olsaydı belə, təmasdan qaçmaq mümkün idi.
Oskar Piastri təmasda günahkar bilinib və onun nəticəsinə 10 cərimə saniyəsi əlavə olunub. Nəticədə o, yeddinci yerdən on beşinci yerə düşüb. Franko Kolapinto yarışın protokolunda yeddinci pilləyə yüksəlib, Liam Louson səkkizinci, Pyer Qasli doqquzuncu olub, ilk onluğu isə Qabriel Bortoleto qapayıb.





