D.Rikkardo startda 3 yer itirəcək

Buna səbəb Red Bull-un avstraliyalı sürücüsünün ikinci sərbəst yürüşlərdə qırmızı bayrağın tələblərinə əməl etməməsi olub.

F-1.az xəbər verir ki, Rikkardo qırmızı bayraqlar dalğalanarkən son iki marşal postu arasındakı məsafəni minimum vaxt limitindən tez qət edib. Stüardlar məlumatları təhlil edərək,  Danieli və komanda nümayəndəsinin izahatlarını dinləyiblər və Danielin qırmızı bayraqlardan xəbərdar olduğunu aşkarlayıblar. Sürücü özü də etiraf edib ki, cihazlar panelində məlumatı oxuyarkən səhvə yol verib, buna görə də yavaş getmək əvəzinə daha da sürətlənib.

Stüardlar onu Avstraliya Qran Prisinin startında 3 yer itirməklə və 2 cərimə balı ilə cəzalandırıblar.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*