22 Noyabr 2019, Cümə - 22:19

M.Ferstappen: “Məqsədim Rikkardonu məğlub etmək deyil”

M.Ferstappen: “Məqsədim Rikkardonu məğlub etmək deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

08:13 - 14 May, 2016

Maks Ferstappen bildirib ki, İspaniyada ilk həftəsonunda yeni bolidi RB-12-yə öyrəşməyə çalışacaq…

F-1.az xatırladır ki, Ferstappen birinci sərbəst yürüşlərdə komanda yoldaşı Rikkardodan 0.169 saniyə, ikinci sərbəst yürüşlərdə isə 0.181 saniyə geridə qalıb.

Maks Ferstappen: “Razı qala bilərəm. Bolidi sürməkdən həzz aldım və məndən nə istədilərsə, hamısını etdim.

Çalışıram ki, bolidə uyğunlaşım, amma hər şey çox yaxşıdır. Doğru istiqamətdə irəliləyirik.

Zaman nəticələri hər şeyi əks etdirmir, amma əylənirəm. Əsas olan budur”.

Ferstappen Red Bull ilə Toror Rosso-nu müqayisə etmək istəmir: “Bu barədə danışmaq hələ tezdir. Hələ də bolidə öyrəşməyə çalışıram. Hələ bolidi limitlərdə sürməmişəm. Əgər bolidi son həddə sürsəm, daha çox söz deyə bilərəm. Hər şey nə hiss edəcəyinizə bağlıdır. Əgər bolidə inansanız, onda son həddə sürərsiniz.

Burada oturacağın yeri və sükandakı funksiyalar əvvəlkinə nisbətən fərqlidir.

Yavaş-yavaş bolidi başa düşməyə çalışıram. Düşünürəm ki, sabah işlər daha yaxşı gedəcək. Bolidə tamamilə öyrəşməyim bir neçə həftə çəkəcək”.

Ferstappen keçən mövsüm 2015-ci il Renault mühərriyini, bu il Ferrari-nin 2015-ci il mühərriyini, indi isə Renault-nun 2016-cı il mühərriyini istifadə edir. Hollandiyalı Renault-nun builki mühəhərryini istifadə etdikdən sonra bildirib ki, Renault inkişaf edib: “Qətiliklə deyə bilərəm ki, böyük addımlar atıblar. Eyni zamanda artıq etibarlıdırlar. Mühərrikdən razıyam”.

Ferstappen Red Bull-dakı ilk yarışından əvvəl həyəcanlı olmadığını bildirib: “Keçən il ilk yarışıma çıxmamışdan əvvəl həyəcanlı deyildim. Əlbəttə ki, bu yeni boliddir, amma həyəcanlı deyiləm. Sadəcə bolid barədə daha çox təcrübə toplamalıyam.

Hazırda mənim məqsədim komanda yoldaşımı məğlub etmək yox, bolidə öyrəşməkdir. Əgər özümü yaxşı hiss eləsəm, əlimdən gələni edəcəm və nələrin olacağını görəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 331
Teqlər , , ,
Paylaş

logo