İshaq Həcər: “Burada, Texasda olduğum üçün şadam. Mənə tras xoş gəlir, son yarışlarda maşınımız özünü heç də pis göstərməyib, komanda əla işləyib, amma bilirik ki, rəqiblər də yeniliklər hazırlayıb və hazırda qüvvələr nisbətinin necə olacağını heç kim sizə deyə bilməz.
Mən sadəcə trasa çıxmaq, həftəsonunu təmiz keçirmək istəyirəm. Son iki Qran Pri maşının potensialını reallaşdıra bilmədim. Ümid edirəm ki, burada hər şey daha yaxşı alınar.
Amma maşınımızı idarə etmək hələ də çox çətindir. Malayziyada o, dominant olub, amma Sinqapurda onun ən sürətli maşın olduğunu düşünmürəm. Əgər orada Maks Ferrari-nin sükanı arxasına əyləşsəydi, düşünürəm ki, böyük fərqlə qalib gələrdi”.





