Audi sürücüləri və Həcər stüardların yanına çağırılıblar

ABŞ Qran Prisinin üçüncü sərbəst yürüşündən sonra Audi komandasının sürücüləri Niko Hülkenberq və Qabriel Bortoleto stüardların yanına çağırılıblar.

Niko Hülkenberq sessiyanın əvvəlində pit-leyn insidentinə görə stüardların yanına çağırılıb. Almaniyalı sürücü pit-leynin çıxışında start prosedurunu məşq edib və məhz arxadan ona yaxınlaşan Ləns Stroll olduğu anda yerindən tərpənib. Niko açıq-aşkar Aston Martin sürücüsünü görməyib, Stroll isə Audi pilotu ilə toqquşmanın qarşısını almaq üçün əyləcləməli olub.

Qabriel Bortoleto 12-ci döngədə Lyuisi Həmiltona mane olduğuna görə stüardların yanına çağırılıb.

İshaq Həcər də stüardların yanına çağırılıb. O, sessiyanın sonunda Aleks Əlbona trasa qayıtmasına imkan verməyib. Buna Williams sürücüsünün birinci döngədə ona mane olması və Həcəri buraxmaq üçün trasdan kənara çıxması səbəb olub.

, , ,