Niko Hülkenberq: “Qarşıda fiziki baxımdan ən çətin yarışlardan biri var, xüsusən də bazar günü, üstəlik, adətən mövsümün ən uzun yarışlarından biri olur.
Malayziyadakı yarış bəzi məqamlara aydınlıq gətirib. Belə iqlim şəraitində güc qurğusu ilə bağlı bir neçə problemimiz var. Burada da vəziyyətin eyni olduğu açıq görünür. Düşünürəm ki, Sinqapurda hətta keçən həftə Sepanqda olduğundan da istidir, ona görə də hər şeyin necə alınacağını görəcəyik”.





