N.Hülkenberq: Yarışmaq üçün darıxmışdım

Haas komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Formula1-ə yarışmaq üçün darıxdığı üçün qayıdıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2019-cu ilin sonunda Formula1-dən ayrılmalı olmuşdu. Bundan sonra isə koronavirusa yoluxmuş, Peresi, Strollu və Fetteli əvəz etmiş və 6 yarışa çıxmışdı.

Lakin bu mövsümdən Haas komandası ilə tam mövsüm yarışacaq. Onun necə performans göstərəcəyi hamıya maraqlıdır.

Niko Hülkenberq: “Geriyə baxanda bir neçə il yarışmadığıma görə narahat deyildim. Əksinə bunun üstünlükləri var. Lakin daha sonra gördüm ki, yarışmaq üçün darıxmışam. Yenə də bunun alınmamasına görə narahat deyildim.

Yekunda sürücüləri komanda rəhbərləri seçir və onların öz fikirləri var. Məncə, Haas komandası mənim karyerama və nəticələrimə baxıb, ən yaxşı seçim olduğumu düşündü”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*