Serxio Peresin da vəziyyəti yaxşı deyil

Cümə axşamı iki komanda sürücülərini mətbuatla görüşdən azad edib - Kimi Antonelli və Valtteri Bottas özlərini pis hiss etdikləri üçün paddoka gəlməyiblər. Bu gün isə Cadillac-da Serxio Peresin çoxsaylı azarkeşlərin toplandığı fan-foruma səfəri ləğv olunub. Onlar həmyerlilərini Formula 1-dəki 300-cü Qran Pri münasibətilə təbrik etməyi arzulayırdılar.

Təəssüf ki, Serxio Peres səhhətindəki problemə görə doğma Qran Pridə bu gün keçiriləcək fan-forumda iştirak edə bilməyib. Həm özü, həm də komanda onu görmək üçün gələn bütün azarkeşlərdən üzr istəyib.

Komandanın bəyanatında deyilib: “Bu səhər Serxio və komanda bugünkü tras sessiyaları ərəfəsində ona dincəlməsi və bərpası üçün əlavə vaxt vermək qərarı qəbul edib. Bu, onun yarış həftəsonunun qalan hissəsində, o cümlədən birinci və ikinci məşqlərdə iştirakına təsir etməyəcək”.

Qeyri-rəsmi məlumata görə, cümə günü səhhətində problem yaşayan hər üç sürücü trasa çıxıb.