Aleks Əlbon: “İlk növbədə demək istəyirəm ki, Fernandoya böyük hörmətim var. O, əla sürücüdür və uşaqlıqdan bir çox məsələdə onu özümə örnək götürmüşəm.
Hazırda hər birimiz pelotonun sonlarında öz mübarizəmizi aparırıq və düşünmürəm ki, məsələ sürücülərin səviyyəsindədir. Keçən il bizim əla mövsümümüz olub, amma bu il pelotonun sonuna düşmüşük. Eyni sözü digər komandalar barədə də demək olar. Amma ümumi mənada danışsaq, məncə, hazırda peloton son illərdə olduğundan daha güclüdür.
Bundan başqa, yarışdan dərhal sonra verilən şərhlər çox vaxt emosiyaların təsiri altında səslənib, buna görə də hər sözü həddindən artıq ciddi qəbul etmək lazım deyil.
Məncə, yaxşı mübarizə alınıb. Biz trasda həqiqətən də çox yaxşı mübarizə aparmışıq. Aydındır ki, Fernando fərqli düşünür, amma bu, bütün yarış boyu davam edən mübarizə olub. Həmin epizoda gəlincə, məncə, o da mübahisəli alınıb – maşınların trasdakı mövqeyini nəzərə alsaq, günah təxminən hər ikimizin üzərinə eyni dərəcədə düşüb.
Bir daha təkrar edirəm – Fernandoya böyük hörmətim var, çünki uşaqlıqdan onu özümə örnək götürmüşəm. Əlbəttə, xüsusən də heyran olduğun bir sürücüdən belə sözlər eşitmək xoş deyil. Amma mən onunla razı deyiləm. Hər şey bu qədər sadədir.
Məncə, hazırda sürücülərin səviyyəsi çox yüksəkdir. Təxminən 10-15 il əvvəl start düzümünün ikinci yarısında vəziyyət tamam fərqli olub. İndi Formula 1-də sadəcə özünə yer alan sürücülər artıq yoxdur.
Nə etmək olar, vəziyyət belədir. Ümid edirəm ki, bu həftəsonu trasda yollarımız kəsişməyəcək”.





