F.Alonso: “Ümid edirəm performansımız düzələr”

McLaren komandasının sürücüsü Fernando Alonso ümid edir ki, növbəti yarışlarda Fransadakı kimi pis formada olmazlar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Fransada builki ən bərbad yarışını keçirib və son dövrədə asılqan probleminə görə yarışı dayandırarkən, sonuncu yerdə olub.

Fernando Alonso: “İndiyə kimi ən bərbad performans idi. Ümid edirəm ki, birinci və sonuncu dəfə olar. Sıralanma turunda hər iki bolid ikinci sessiyaya qala bilmədi. Yarışda da xalsız qaldıq. Avstriya və Silverstounda performansımızı düzəltməliyik. Problemləri həll etmək üçün beş günümüz var. Vaxtımız bir az çox olsa, ideal olardı. Daha çox detallar düzəldə bilərdik. Amma vaxt yoxdur və əlimizdən gələni etməliyik. Komandaya güvənirəm. Növbəti yarışlar üçün yaxşı yeniliklər gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*