18 Oktyabr 2019, Cümə - 11:28

N.Rosberq FİA-nın yeni təşəbbüsünə qoşulub

N.Rosberq FİA-nın yeni təşəbbüsünə qoşulub

Müəllif: Elçin Zodorov, redaktor

07:50 - 12 Mart, 2017

Formula1 üzrə son dünya çempionu Niko Rosberq dünya yollarında təhlükəsizliyin artırılması üçün tədbirlərini fəal şəkildə davam etdirən FİA-nın yeni təşəbbüsünə qoşulub. Təşəbbüs “3500 həyat” adlandırılır. Dünyada avtoqəzalarda hər gün orta hesabla bu qədər adam ölür – kifayət qədər qorxunc faktdır.

Sabiq Formula1 sürücüsü şəxsi Twitter hesabında layihəyə aid şəkil paylaşıb və yazıb: “Mən bu layihənin səfiri olduğum üçün çox xoşbəxtəm”.

Layihənin əsas məqsədlərindən biri sükan arxasında içkili vəziyyətdə əyləşməməyə çağırmaqdır. FİA olduqca sadə olan 10 qayda ilə çox sayda insanın həyatının xilas edilməsinin mümkünlüyünü bildirir:

  • Sürət rejiminə riayət edin
  • Uşaq kreslosundan istifadə edin
  • Təkərlərin təzyiqini müntəzəm yoxlayın
  • Sükan arxasında telefondan istifadə etməyin
  • Təhlükəsizlik kəmərindən istifadə edin
  • Sükan arxasına heç vaxt sərxoş vəziyyətdə əyləşməyin
  • Hər zaman diqqətli olun
  • Hərəkət zamanı həmişə faraları yandırın
  • Yorğunluq hiss etdikdə dayanın
  • Motosikletdə əyləşərkən dəbilqədən istifadə edin

Qeyd edək ki, FİA-nın layihələrinə tanınmış simalar, siyasətçilər, 13 idmançı, o cümlədən, Felipe Massa, Fernando Alonso və MotoGP üzrə üçqat dünya çempionu Mark Markes də qoşulublar.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 120
Teqlər , , , ,
Paylaş

logo