F.Alonso: “Heyvan kimi sürdüm”

McLaren komandasının sürücüsü Fernando Alonso bu gün sıralanma turunda 13-cü yeri tutduqdan sonra heyvan kimi sürdüyünü deyib.

F-1.az xatırladır ki, McLaren komandası Honda mühərriyinə görə düzlüklərdə zəifdir. Amma Alonso bu problemlərə baxmayaraq, sıralanmada 13-cü yeri tuta bilib.

Fernando Alonso: “Heyvan kimi sürürdüm. Maksimum həddə gedirdik. Sonuncu sərbəst yürüşlərdə zəif olduğumuz üçün sıralanma turuna pis əhvalla gəldim.

Bəzi döngələrdə tam sürətlə gedirdim. İlk cəhdimi tamamladıqdan sonra 10-cu yerdə idim və ikinci sessiyaya çıxmaq üçün bəs edirdi. İkinci sessiyada 13-cü olmaq bizim üçün böyük sürpriz oldu. İndi isə tutduğumuz bu yeri dəyərləndirməliyik. Ümid edirəm ki, xal qazana bilərik.

Yağış bizim üçün yaxşı ola bilər. Normal halda xal mümkünsüzdür. Bizə xaotik yarış kömək edər. Burada yağışlı havada bir neçə dəfə yarışmışam. Buna görə də yağışlı hava olsa, fürsəti dəyərləndirmək üçün lazımi təcrübəmiz var.

Bəzi döngələri tam sürətlə keçdim. Döngələrdə çox sürətliyik, amma düzlüklərdə ən zəif komanda bizik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*