F-1.az bildirir ki,nahardan sonra tras quruyub və ispan sürücü komanda yoldaşını əvəzləyərək yeni maşınla 16 dövrə vurub.
Fernando Alonso: “Yaxşı gündür – AMR23-ü ilk dəfə sürməkdən həzz aldım. Fasilədən sonra yenidən trasa çıxmaq və Formula1 bolidinin sürətini hiss etmək çox gözəldir. Bu çəkiliş günü ərzində biz çox şey etdik – hər şey plana uyğun getdi. İndi qış fasiləsindən sonra maşını daha yaxından tanıya və rəqiblərlə müqayisədə formamızı anlaya biləcəyimiz testlərin baş tutacağı növbəti həftəni gözləmək qalır.
Sürət qazanmaq və Bəhreyn mərhələsinə hazırlaşmaq üçün hər bir sürücünün cəmi bir gün yarım vaxtı olacaq, ona görə də sükan arxasında vaxtımızdan maksimum yararlanmalıyıq”.