Rəsmən: Aston Martin yeni titul sponsoru tapıb

Amerikalı İT məsləhətçisi şirkəti Cognizant Technology Solutions yeni mövsümdən etibarən Aston Martin komandasının titul sponsoru olacaq.

F-1.az bildirir ki, Silverstoun mərkəzli komanda BWT-yə aid olan çəhrayı rəngdən də imtina etmiş olacaq. Britaniya komandasının yaşıl rənglə yarışacağı gözlənilir.

Cognizant 1994-cü ildə qurulub və 2019-cu ildə 16.8 milyard sterlinq gəlir əldə edib. 300 minə qədər işçisi olan şirkətin Hindistanla güclü əlaqələri var.

Lorens Stroll: “60 ildən sonra Aston Martin-in idmana qayıdışı əla oldu. Hamı bilir ki, Astin Martin nəyi təmsil edir.

Komanda yeni dövrünə Cognizant-ın dəstəyi ilə başlayacaq və buna görə də xoşbəxtəm. Elektronlaşan dünyada onlar Aston Martin-in gücünə güc qatacaq”.

Otmar Safnauer: “İnnovasiya və texnologiya Formula1 komandaları üçün çox vacibdirlər. Yeni bazamız hazır olmaqdadır. Cognizant da bizə İT cəhətdən kömək edəcək. Onlar bizim performansımıza müsbət təsir göstərəcək”.

Cognizant-ın rəhbəru Brayan Hampris isə bunları əlavə edib: “Markalarımızın ortaq cəhətləri çoxdur. Hər iki şirkət də yenilikçidir və iş görməyi sevirlər. Yeni tərəfdaşlığın xeyirlərini görmək üçün səbirsizlənirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*