F.Alonso: Bu komandanın bir parçası olmaq istəyirəm

İspan sürücü Monakoda komandanın inkişafı və 2026-da Honda motorlarına keçiddən bəhs edib.

F-1.az xəbər verir ki, Fernando komandanın bir hissəsi olaraq qalmaq istədiyini bildirib.

Fernando Alonso: “Formula1 komandasına çempionluq qazanmaq üçün öz güc qurğusu lazımdırmı? düşünürəm ki, yox. Amma komanda düzgün yoldadır. Güc qurğusunu şassi ilə birlikdə inkişaf etdirsəniz və hər şeyi əvvəlcədən birləşdirə bilsəniz, həmişə daha yaxşı olar. Zavod komandası statusunun bir sıra mühüm üstünlükləri var. Amma bu o demək deyil ki, 2026-cı ilə qədər Aston Martin-in çempionluq şansı olmayacaq.

Bu ayın sonunda komanda bazamızda yeni binaya köçəcək, gələn il yeni aerodinamik boru işə başlayacaq. Çox şeylər baş verir. Mən uzun illər bu komandanın bir hissəsi olmaq istəyirəm – sürücü kimi və ya başqa bir rolda – bu mənim üçün böyük şərəfdir”.

Xatırladaq ki, həm komanda onun təcrübələrindən 2026-cı ildən sonra da yararlanmaq istədiyini, həm də yapon motor təchizatçısı onun xidmətlərində maraqlı olduqlarını bildirib”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*