F.Alonso: Bir il öndəyik

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, hazırda planlaşdırdıqlarından bir il qabaqdadırlar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən ilin sonunda 4-cü yeri tutmuş Alpine-i tərk edərək, 7-ci yeri tutmuş Aston Martin-ə transfer olunmuşdu. Əksəriyyət bunun böyük risk olduğunu düşünsə də, ikiqat Dünya Çempionu mövsümün ilk 3 yarışında 3 dəfə podiuma yüksələrək, düzgün addım atdığını göstərib.

Fernando Alonso: “Ümid edirdim ki, 2023-cü ildə öyrənərik və 2024-cü ildə Ferrari və Mercedes-lə mübarizə apara bilərik. Ancaq ilk yarışda onlarla mübarizə apardıq və hazırda hər şey daha yaxşı görünür. İndi daha yaxşı performans göstərməliyik. Bunu tezliklə görəcəyik.

Bakı, İmola və Varselonadan etibarən komandalar maşınlarını inkişaf etdirəcəklər. Biz bu mövzuda ən yaxşı komandalardan biri olmalıyıq. Trasdan kənarda da yaxşı işləyib, çempionluq uğrunda mübarizə aparmalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*