F.Alonso: Rahat getdiyim bir dövrə olmadı

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Kanada yarışında Həmiltonla mübarizəyə görə bir dövrə belə rahat sürə bilməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa ikinci yerdən başlasa da, startda Həmiltonun gerisinə düşüb. Lakin pit-stoplardan sonra o rəqibini düzlükdə keçib və yenidən ikinciliyi bərpa edib. Lakin iki sürücü yarışın sonuna qədər bir-birlərinə yaxın gediblər.

Fernando Alonso: “Deyəsən bunu gözləyirdik, amma ümid edirdik ki, Red Bull-a bir az daha yaxın olaq. Startda Lyuisə qarşı bir yer itirdik, amma sonra mübarizə apara bildik. Lyuis bütün yarış ərzində limitlərdə sürdü və buna görə də rahat getdiyim bir dövrə belə olmadı. İnanılmaz mübarizə idi”.

Alonsonun maşınında problem var idi, çünki komandası radiodan ona bəzi döngələrdə tez əylənməli olduğunu deyirdi.

Fernando Alonso: “Maşındakı problemin nə olduğunu bilmirəm. Mənə demədilər. Bəlkə də, narahat olmağımı istəmədilər. Əslində maşının yaxşı olduğunu hiss edirdim, amma onların təlimatlarına qulaq asmalı idim. Ümid edirəm ki, bu bizim tempimizin yaxşı olduğunu göstərir. Növbəti hədəfimiz Maksı təzuiq altında saxlamaq olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*