Alonso Fettelin son yarışı şərəfinə xüsusi dəbilqə hazırlatdırıb

Alpine komandasının sürücüsü Fernando Alonso əzəli rəqibi Sebastyna Fettelin idmandan getməsi şərəfinə xüsusi dəbilqə hazırlatdırıb.

F-1.az xatırladır ki, iki sürücü 2010 və 2012-ci illərdə son yarışa qədər çempionluq uğrunda mübarizə aparmışdılar. Lakin iki əfsanə son illərdə yaxşı yola gedirlər.

Alonso mövsümün son yarışı Əbu Dabidə Fettelin son yarışı münasibətilə xüsusi dəbilqədə yarışacaq. Dəbilqə almaniyalı pilotun Ferrari-də yarışarkən istifadə etdiyi dəbilqəni xatırladır. yan tərəflərində isə Danke Seb yazılıb.

İkiqat Dünya Çempionu İnstagram hesabı üzərindən bunları yazıb: “Danke Seb. Səninlə son dəfə yarışıram. Bu emosiyanal və məyusedicidir. Sənə bundan sonrakı həyatında uğurlar arzu edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*