Gündüz Las Veqasda havanın temperaturu +15…18°C təşkil edəcək, cümə axşamı gecəsi isə ilk məşqlər təxminən +7°C temperaturda keçəcək. Yağış ehtimalı var.
Cümə günü küləyin istiqaməti dəyişəcək, sıralanma turu zamanı havanın quru və təxminən +6°C olacağı gözlənilir, şənbə günkü yarış zamanı isə quru hava və +7°C temperatur proqnozlaşdırılır.
Ötən il Las Veqas Qran Prisinın sıralanma turundan başqa bütün sessiyaları quru trasda keçib.





