Hərracın qalibi Oskar Piastri üçün, ya Lando Norris üşün hazırlanmış şassini əldə edəcək – seçim çəkic zərbəsindən dərhal sonra müəyyənləşəcək. Lotun təxmini dəyəri 9-11 milyon ABŞ dolları təşkil edib.
Hərrac qalibi maşınla yanaşı, Uokinqdəki bazaya ekskursiya və Zak Braun, eləcə də sürücülərlə görüş də daxil olmaqla McLaren-ə eksklüziv çıxış əldə edəcək, mövsümün başlanğıcına həsr olunmuş tədbirə və üç əsas yarışa – Monaco Qran Prisi, Le Manda 24 saat və Indianapolis 500-ə dəvət olunacaq. Bundan əlavə, o, iki Qran Pridə komandanın rəsmi qonağı statusunu alacaq.
Ötən mövsümün sonunda komanda artıq növbəti ilin maşınını hərraca çıxarıb – həmin vaxt Formula1 maşını ilk dəfə trasda görünməzdən əvvəl satılıb.
Bu təcrübə uğurlu sayılıb, maşın 11 480 000 dollara satılıb, lakin yeni sahibi onu əqli mülkiyyətlə bağlı məhdudiyyətlər nəzərə alınmaqla yalnız 2028-ci ildə alacaq. Müvəqqəti əvəz kimi ona nümayiş üçün 2025-ci ilin şou-karı verilib.
Builki hərracın qalibi maşını 2029-cu ilin dördüncü rübünün sonunda alacaq.





