Kimi Antonellinin maaşı artırılıb

2026-cı ildə Kimi Antonelli top-komandaların sürücüləri ilə müqayisədə nisbətən təvazökar maaş alıb, lakin çempionluq titulunu qazanıb və indi daha böyüyünə iddia edə bilər.

Mercedes komandasının rəhbəri Toto Volff Bild-ə müsahibəsində təsdiqləyib: Kimi maaş artımı alacaq…

Toto Volff: “Kimi fenomenal uğur qazanıb. Bu qədər gənc yaşda təzyiq altında sakitliyi və dözümlülüyü qoruyub saxlamaq müstəsna nailiyyətdir. O, dünya çempionudur və buna tam layiqdir.

Maaş? Buna görə narahat olmağa dəyməz. Kiminin gələn il üçün müqaviləsi var. Məbləğləri şərh etməyəcəyəm, amma bir şeyi deyə bilərəm: onun maliyyə vəziyyətinə görə heç kəs narahat olmamalıdır”.

,