Komanda SF-26-nın təkmilləşdirmə proqramını ABŞ-də Ostində keçirilən Qran Pri zamanı dördüncü və son yeniliklər paketini təqdim etməklə başa çatdırıb və diqqətini tam şəkildə hazırda “layihə 679” kod adını daşıyan 2027-ci il maşınına yönəldib.
Yarış həftəsonlarında Lyuis Həmilton və Şarl Lekler SF-26-nın potensialını maksimum dərəcədə açmağa çalışmaqda davam edəcəklər, lakin Loik Serranin rəhbərlik etdiyi texniki şöbə tam şəkildə “layihə 679″a köklənib. Bu maşın SF-26-dan o qədər fərqlənir ki, onların detallarını bir-biri ilə uyğunlaşdırmaq mümkün deyil.





