Ş.Lekler: Olanımız budur

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, hələlik sürətləri budur.

F-1.az xatırladır ki, monakolu sürücü keçən il Avstriyada poul alsa da, bu il lider Bottasdan 0.9 saniyə geridə qalaraq, 7-ci olub.

Şarl Lekler: “Bizimçün çətin gün idi. Heyif ki, hazırda bolidimizin tempi bu qədərdir. Amma növbəti yarışlarçün daha yaxşı maşın hazırlamalı və əhvaldan düşməməliyik. Bu gün istədiyimiz nəticəni əldə edə bilmədik. Ancaq çox işləyib problemləri tapmalıyıq. Pozitiv olmalıyıq. Düzdür, bu çətindir, lakin çətin günləri belə dəf edə bilərik.

Yarış sabahdır və xal qazanacağıq. Çətin olacaq, amma ən yaxşı nəticəni qazanmağa çalışacağıq. Mercedes-lə yarışacaq gücümüz yoxdur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*