Ferrari gələn il ağ-qırmızı rənglərə qayıda bilər

Uzun illərdir uğura həsrət qalan Ferrari komandası 2022-ci ilə yeni bir səhifə kimi baxır. Reqlament dəyişiklikləri ilə zirvəyə qayıtmağa ümid edən italyanlar hər şeyə sıfırdan başlamaq niyyətindədirlər.

F-1.az xəbər verir ki, Ferrari texniki tərəfdə intensiv işləməklə yanaşı, maliyyə cəhətdən də güclənməyə can atır. Belə ki, yaxın günlərdə köhnə sponsorları olan Santander ilə yeni müqavilə bağlayıblar. Daha sonra isə Velas şirkəti ilə razılıq əldə edilib.

Bunlarla yanaşı, Ferrari bu il Philip Morris International-a aid Mission Winnow ilə tərəfdaşlığa sahib olmayacaq. Yəni, komandanın titul sponsoru yoxdur. Çünki Santander-lə olan razılaşmaya titul sponsorluğu daxil deyil. Komanda 2010-2017-ci illər aralığında maşında Santander-in loqotipinə yer vermişdi ki, bu da rəng çalarlarında ağ rəngə verilən yerin artmasına gətirib çıxarmışdı.

La Gazzetta dello Sport-un fikrincə, son illərdə qırmızı və qismən də qara rəng çalarlarından istifadə edən komanda ağ və qırmızı rənglərin tandeminə keçə bilər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*