S.Fettel: “Mercedes əlçatmazdır”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Mercedes Braziliyada daha güclüdür.

F-1.az xatırladır ki, almaniyalı sürücü Braziliyada cümə gününü Həmiltondan 0.3 saniyə geri qalaraq 4-cü bitirib.

Sebastyan Fettel: “Yağışın yoxluğunda planlaşdırdığımızdan daha çox dövrə vurduq. İstədiyimiz testləri edə bildik. Rəqiblərimizdən Mercedes çox güclü görünürdü. Onlar bizdən bir az qabaqdadırlar. Hər şəraitdə güclü idilər. Təkərləri də yaxşı istifadə edirlər. Onları məğlub etmək çətin olacaq.

Red Bull-a isə yaxınıq. Balansı yaxşılaşdırsaq, həftəsonu üçün bizə kömək edə bilər. Şənbə gününə doğru balansı tapmalıyıq. Bunu bacarsaq, sıralanma turunda və yarışda güclü ola bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*